Dünya 22:00 14.07.2019

Daşqınlar 50 nəfərin həyatına son qoydu

Nepalda leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, 25 nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, təbii fəlakət Nepalın 21 rayonunu əhatə edib.

Ölkənin müxtəlif rayonlarında xilasetmə əməliyyatı keçirmək üçün 28 min polis əməkdaşı cəlb olunub.