Foto 21:42 11.03.2018

David Astori yad edildi, bütün stadion ağladı (FOTOLAR)

Ötən həftə keçirilməli olan "Udineze" ilə oyundan əvvəl oteldə ölən "Fiorentina"nın kapitanı David Astori komandasının bu gün "Benevento" ilə keçirdiyi görüşdə yad edilib.

Qaynarinfo xəbər verir ki, meydan sahiblərinin futbolçuları qarşılaşmanın 13-cü dəqiqəsində topu auta göndərərək oyunu dayandırıblar. Bütün stadion alqışlarla və şüarlarla Astorini yad edib.

Göz yaşlarının axdığı oyunda Astorinin müdafiə xəttindəki komanda yoldaşı Vitor Hüqo vurduğu qoldan sonra onun fotosunun yer aldığı köynəyi havaya qaldırıb.