Siyasət 19:36 20.02.2021

David Zalkaliani: “Gürcüstan-Azərbaycan sərhəd məsələsinin həllinə əminəm”

"Əminəm ki, yaxın zamanlarda komissiya yenilənən tərkibdə toplanacaq və David Qareci (Keşikçidağ – red.) məsələsinin detallı müzakirəsi aparılacaq”.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani deyib.

O, məsələnin Gürcüstanın dövlət maraqları və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun formada həll olunacağına əminlik ifadə edib.

D.Zalkaliani qeyd edib ki, Azərbaycanla sərhədin müəyyən edilməsi əsas prioritet məsələlərdən biridir: "Biz bu məsələ ilə bağlı 24 saat rejimində çalışırıq”.