Video 23:20 01.10.2018

Dayanacaq var, ancaq piyada keçidi yoxdur: Mərdəkan şossesində təhlükə

Mərdəkan şossesində yolun hər iki tərəfində dayanacaq var, ancaq piyada keçidi yoxdur. Bu da piyadalarin həyatı üçün real təhlükə yaradır. Bu səbəbdən də həmin ərazidə tez-tez piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir.

Qaynarinfo "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, söhbət Qala-Pirallahı və Mərdəkan şosselərinin kəsişməsindən gedir.

Piyadalar həmin əraziyə ən yaxın keçidin 2 kilometrlik məsafədə yerləşdiyini deyirlər. Bu səbəbdən də piyadalar hər dəfə yolu keçəndə həyatlarını riskə atırlar.

Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sözügedən əraziyə baxış keçiriləcək və yolda piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericilik çərçivəsində addımlar atılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: