Xəbər lenti

DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında uddu
İdman 00:52 04.07.2026

DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında uddu

Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib.

Qaynarinfo-nun məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 1:1.

Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçisi Mohamed Haninin (55) öz qapısına vurduğu qol yekun hesabı təyin edib.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında daha dəqiq oynayan (4:2) Avstraliya təmsilçisi 1/8 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Argentina - Kabo Verde cütünün qalibi olacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->