Ekonomiks 12:20 05.11.2019

Dekabrda neçə gün qeyri-iş günü olacaq?

Dekabr ayında 2 gün qeyri-iş günü olacaq.

Qaynarinfo xəbər verir ki, ayın 23-də bələdiyyə seçkiləri keçiriləcək.
 
Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, həmin gün Azərbaycan ərazisində qeyri-iş günü hesab olunacaq.

Dekabrın 31-də isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olduğundan qeyri-iş günüdür.