Foto 14:37 14.05.2019

"Dəmirçi Plaza"da tüstülənmə: binadakılar təxliyyə edildi (FOTOLAR)

"Dəmirçi Plaza”da yanğın təhlükəsi yaranıb.

Qaynarinfo-nun ONA-ya məlumatına görə, iş mərkəzinin zirzəmisində qısaqapanma olub. Nəticədə tüstülənmə meydana gəlib. Binadakı şəxslər təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.