Ölkə 22:50 05.06.2018

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB vətənpərvərlik layihəsini şeir müsabiqəsi ilə yekunlaşdırdı

Əli Cəfərov: "Atatürkün kəlamı bu aspektdə çox yerinə düşür: "öz milli mənliyini bilməyən uluslar başqa uluslara yem olurlar””

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə başladığı layihə çərçivəsində Bakı şəhəri 64 saylı tam orta məktəbdə keçirilən "Məktəblərdə şagirdlər arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində sinifdənxaric fəaliyyətin təşkili” mövzusunda həyata keçirilən layihənin  sonuncu mərhələsini məktəbin akt zalında reallaşdırdı.

Uğurla başa çatdırılan layihəyə bütövlükdə son nöqtəni qoyan təlimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlanıldı. Layıhə rəhbəri, İctimai Birliyin sədri Əli Cəfərov sagirdləri salamladıqdan sonra bir daha layihənin məqsəd və vəzifələri haqqında onlara qısa məlumat verdi. Məlum oldu ki, bu mövzuda layihənin həyata keçirilməsini zərurətə çevirən əsas və çox ciddi səbəblər olmuşdur: "Cəmiyyətimizdə apardığımız müşahidə və ayrı-ayrı səviyyələrdəki müzakirələrimiz şagird və gənclərimizlə bağlı mənzərəni əyani şəkildə ortaya çıxarır. Belə ki, yeniyetmə-gənclər zaman keçdikcə təkcə 20 Yanvar faciəəsi və Qarabağ probleminə deyil, bütövlükdə tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, mədəniyyətimizə və s. qarşı laqeydləşir. Bunlar əsasən gənc nəslin daha çox sosial şəbəkələrin burulğanında yaşamaları, ətraflarında və tarixlərində baş verənlərə çox səthi yanaşmaları, yalnız kosmopolit baxışlarla öz həyatlarına davam etmək istəmələri, qeyd etdiyimiz dəyərlərdən heç bir nəticə çıxarmaq istəməmələri və bütün bunların nəticədə onların özlərinin və xalqımızın, dövlətimizin hansı itkilərlə üzləşmələrə səbəb olacağını anlamadıqlarından irəli gəlir. Səbəb... səbəbsə birmənalı olaraq onların vətənpərvərlik hisslərindən uzaq düşməsi və ya cəmiyyətimizdə kütləvi biganəliyin hökm sürməsidir. Eyni zamanda müsahidələr zamanı digər bir cəhət də diqqətimizi cəlb edir ki, bu laqeydliklər həmçinin iradə baxımından zəif olan yeniyetmə gənclərimiz arasında özünü daha çox büruzə verir. Onlarda vətənə, doğma yurda bağlılıq çox aşağı səviyyədədir. Şübhəsiz ki, bütün bunlar təbliğat maşınının zəif olmasının nəticəsidir. Əks təqdirdə bizim müəyyən qism gənclərimizin xalqımızın, dövlətimizin azadlıq və müstəqilliyi uğrunda mübarızə aparmış Milli Qəhrəmanlarımız və Şəhidlərimiz haqqında məlumatları belə aşağı səviyyədə olmazdı. Bu yerdə mən Mustafa Kamal Atatürkün məhsur kəlamını xatırlamaq istəyirəm. O deyirdi: "öz milli mənliyini bilməyən uluslar başqa uluslara yem olurlar””.

Natiq sonra bildirdi ki, təlim proqramına uyğun olaraq layihənin proqramına müvafiq vətənpərvərlik və vətən sevgisi mövzusunda  məktəbdə bədii qiraət müsabiqəsi təşikil edilməlidir. Bu məqsədlə artıq şagirdlərin iştirakilə məktəb üzrə seir söyləmək həvəsində olan sagirdlərdən ibarət qrup yaradılmışdır. Sizlərlə bu konteksdə Bakı Usaq Teatrının aktyorları işləyib və sizləri seir müsabiqəsinə hazırlaşdırıb. Biz isə təşkilatımız, Bakı Usaq Teatrı və məktəb təmsilçilərindən ibarət aşağıdakı tərkibdə Cəbrayılov Aysel,Ağalarova Mirsəkinə,Gülər Ləzgiyev və Məmədova Gülnaz xanımdan ibarət münsiflər heyəti yaratmışıq. İnanırıq ki, münsüflər heyəti ədalətli seçim edərək  yaxsı seir və mahnı söyləyən  sagırdlərin qabiliyyətlərini ədalətli dəyərləndirəcəkdiur. Bədii qiraət müsabiqəsi zamanı 1 nəfər 1-ci yer, 2 nəfər 2-ci yer, 3 nəfər 3-cü yer ugrunda mübarızəsi aparacaqdır. Eyni zamanda yaxsı mahnı söyləyən gənglərimiz də bizim diplomlarımıza layıq görüləcəkdir. Mən  bizə şərait yaratdığına görə 64 saylı tam orta məktəbin rəhbərliyinə və usaqlarla fəal və urəkdən məsğul olub onları müsabiqəyə hazırladıqlarına görə başda Əməkdar Artistimiz İntiqam Soltan olmaqla Bakı Usaq Teatırının truppasına öz təşəkkürümüzü bildiririk. Bizim aktyorlar tərəfindən yüksək emosional bir şəraitdə sağirdlərə çatdırılmış şeir nümunələri ilə onların əxlaqi keyfiyyətlərinə nüfuz imkanı əldə etmış olduq. Sevindirici hal odur ki, bütün bunlar yeniyetmələrin həyata baxışlarının müsbət mənada dəyişmələrinə - vətənə, millətə, dövlətə sevgi hislərinin güclənməsinə gətirib çıxaracaq. 

Sonra tədbir usaqların müsabiqəyə hazırladıqları seirlərlə davam etdirildi. Seir müsabiqəsi sona çatdıqdan sonra münsiflər heyətinin istirakilə təşkilatın hazırladığı həvəsləndirici diplomlar usaqlara təqdim edildi.  Seir müsabiqəsində Məmədova Aysu 1 ci yer, Əliyev Məhəmməd və Əliyevə Pəri 2 ci yer, Həsənova Münəvər, Məmmədov Hüseyin və Novruzova Fatimə 3 cü yerə çıxdılar.

Sonda layihə rəhbəri təlimlərə bütün dəstək verənlərə və təlim iştirakçılarına rəhbərlik etdiyi İctimai Birlik və şəxsən öz adından təşəkkür etdi.