Xəbər lenti

Deputat da “Pikap”ların yığılmasından danışdı
Ölkə 10:22 23.09.2020

Deputat da “Pikap”ların yığılmasından danışdı

"Pikapların müharibə məqdəsləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub, orası doğru (başqa ölkələrdə də var). Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

"Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). Pikap və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də rahat olar, mülkiyyətçilər üçün də”, - E.Qədirli qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->