Deputat Tahir Mirkişiliyə məxsus olduğu iddia edilən "Ultra Technologies" şirkəti daha bir iri məbləğli tenderin qalibi seçilib.
Qaynarinfo-nun məlumatına görə, tenderi İnnovasiya və Təchizat Mərkəzi keçirib.
Bu tender üzrə satınalma predmeti Tətbiq Performansının Monitorinqi (Application Performance Monitoring) üzrə proqram təminatı lisenziyalarıdır.
Tərəflər arasında bağılanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 471 756,92 manatdır.
"Ultra Technologies" şirkəti cari ildə 23 satınalma müsabiqəsinin qalibi seçilib. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 919 637,52 manatdır.
Əsasən İKT məhsullarının satışını həyata keçiriən "Ultra Technologies" şirkəti 1999-cu ildən fəaliyyət göstərir. Şirkət 2016-cı ilə qədər "Ultra Computers" adı ilə fəaliyyət göstərib.
Tahir Mirkişili şirkətdə müxtəlif vəzifələrdə işləyib. Bu isə şirkətin deputata məxsus olması barədə iddialara səbəb olub. Tahir Mirkişili indiyədək bu iddiaları təkzib etməyib.
Tahir Mirkişili Milli Məclisin IV, V, VI və VII çağırış deputatıdır. O, parlamentdə 43 saylı Sumqayıt ikinci seçki dairəsini təmsil edir.
Seyid
Şərhlər