Hüseynbala Səlimov
Ölkə 15:29 25.04.2014

Deputatın qardaşı oğluna qarşı narkotika İttihamı

Deputat Hüseynbala Mirələmovun qardaşı oğluna qarşı narkotik maddələrin istifadəsi iddiası ilə cinayət işi açılıb. 

“Qafqazinfo” xəbər verir ki, Rəşad Mirələmovun Cinayət Məcəlləsinin 234.1-ci ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi üzrə işinə Xəzər rayon Məhkəməsində baxılır.

 İş üzrə proses mayın 15-nə təyin edilib.

Əgər iddialar təsdiqlənərsə, hazırda həbsdə olan R.Mirələmov üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 

Xatırladaq ki, R.Mirələmov “1001 gecə" restoranında ölümlə nəticələnən insidentin əsas “qəhrəman”ı sayılır.  O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qətl törətmək) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirləndirilib.

Qaynar.info