Ölkə 17:36 19.04.2019

Deputatlar pensiyalarla bağlı məsələni müzakirə edəcək

Parlamentin aprelin 23-də keçiriləcək növbəti plenar iclasının gündəliyində dəyişiklik edilib.

Qaynarinfo - nun parlamentdən əldə etdiyi məlumata görə, iclasın gündəliyindəki məsələlərin sayı 17-dən 19-a qaldırılıb.

23 aprel iclasının gündəliyinə daha iki məsələ - "Əmək pensiyaları haqqında” və "Müflisləşmə və iflas haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan layihələr əlavə edilib.