Ölkə 10:30 10.04.2020

Deputatlar üçün yeni intizam qaydaları hazırlanır

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində deputatların yeni intizam qaydaları hazırlanır.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, bu barədə həmin komitənin üzvü Erkin Qədirli məlumat verib.

O bildirib ki, bununla bağlı komitədə işçi qrupu yaradılıb:

"Mən də həmin işçi qrupun üzvüyəm. Öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir”.