Foto 13:23 05.02.2018

Deputatlar uşaq sığınacağına getdilər (FOTOLAR)

Gənclər Günü münasibəti ilə 2 fevral 2018-ci ildə "Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin qonaqları Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı, digər deputatlar Sahibə Qafarova, Sədaqət VəliyevaDilarə Cəbrayılova olub.

Maraqlı görüşdə millət vəkilləri tərəfindən  sığınacaqda yaşayan kimsəsiz uşaqlara şirniyyat süfrəsi və müxtəlif hədiyyələr təqdim edilib. 

Bu gün aktual olan müxtəlif sosial məsələlərin müzakirəsi və sığınacaq əməkdaşlarının peşə fəaliyyəti barədə aparılan söhbətlər, uşaqlara qarşı zorakılığın qarşısının alınmasında mühüm addımların atılmasının vacibliyindən danışan Aqiyə Naxçıvanlı həmçinin uşaqların əl işlərindən ibarət rəsmlərə,müxtəlif bəzək əşyalarına və toxuduqları qış geyimlərinə baxaraqonlarınəl işlərini yüksək qiymətləndirdi. 

Bununla yanaşı "Azərbaycan Uşaqları” İctimai  Birliyinin sədri Kəmalə  Ağazadənin qəyyumluğunda olan 29 uşağın hazırkı sosial durumu, təhsil və sağlamlıqları ilə bağlı millət vəkilləri ilə müxtəlif söhbətlər aparıldı. Görüşün sonunda uşaqlar  qonaqlara öz əl işlərindən ibarət müxtəlif hədiyyələr verərək xatirə şəkilləri çəkdirdi.

Görüş zamanı aparılan danışıqlar və göstərilən etimad bir daha onu sübut etdi ki, güc birlikdə və həmrəylikdədir.