Sağlamlıq 22:07 30.09.2017

Dərinizi qırışlardan bu şəkildə qoruya bilərsiniz

Əgər siz dərinizin sağlam olmasını və qırışmamasını istəyirsinizsə, bəzi tövsiyələrə qulaq asmalısınız.

Arxası üstə yatın.

Mütəxəssislərin nəzərinə görə, arxası üstə yatmaq üzdə az qırış yaranmasına gətirib çıxarar. Böyrü üstə yatan zaman həm üzün o hissəsində və həm çənə hissələrdə qırışlar əmələ gələr. Üzü üstə yatmaq isə alında qırışlar əmələ gətirər.

Daha çox balıq yeyin.

"Qaynarinfo" deyerler.org-a istinadən bildirir ki, balıqlar protein mənbəyidir. Protein dəri hüceyrəsində mühüm rola malikdir. Tərkibində həmçinin omeqa-3 vardır. Bu maddə dərini qidalandırır. Bu maddə həm də dərini cavan saxlayar.

Gözünüzü kiçildib-böyütməyin.

Bəzi insanlar gözləri yaxşı görmədiyi üçün gözlərini kiçildib-böyüdürlər. Bunun yerinə eynək taxmaq daha münasibdir. Bu hərəkətlər gözlərin ətrafında qırışlar yarada bilər. Eyni zamanda günəşə çıxan zaman günəş eynəyi taxmaq həm gözü qoruyar və həm də göz ətrafında qırışların əmələ gəlməsinə mane olar.

Meyvə yemək.

Meyvədən daha çox istifadə edin. Çünki meyvələrin tərkibində olan turşular dərini cavanlaşdırar.

Qəhvənin yerinə kakao.

Tədqiqatlar göstərir ki, kakaonun tərkibində olan iki maddə epiktaçin və katçin maddəsi həm dərini günəşdən qoruyur, həm dərini su ilə təmin edir, qan dövranını yaxşılaşdırır və dərini saflaşdırır. Ona görə də qəhvənin yerinə kakaodan istifadə edin.

Üzünüzü davamlı olaraq su ilə yumayın.

Üzü davamlı olaraq, su ilə yumaq tərkibindəki faydalı maddələri aradan aparar. Su üzdəki qırışların sayını artırır.

S vitamini.

Tədqiqatlar göstərir ki, S vitamini dərini şüalardan qoruyar və iltihabın qarşısını alar.

Daha çox soya yeyin.

Soya dərini qırışlardan qoruyar. O kəs ki, 6 ay davamlı olaraq soya bitkisindən, balıq və meyvələrdən istifadə edərsə, üz dərisi yaxşılaşar və sağlam olar.

Bəzi tövsiyələrə mütləq əməl edin:

- Günəş şüasından çəkinin.

- Gün eynəyi taxın.

- Siqaret çəkməyin.

- Nəmləndirici kremlərdən istifadə edin.

Qaynarinfo.Az