Ekonomiks 12:35 20.10.2017

Dərman nəhəngi ixtisarlara gedir

İsveçrənin nəhəng dərman şirkəti "Novartis" ixtisarlara hazırlaşır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, şirkət ABŞ-ın Kolorado ştatında yerləşək dərman fabrikində 450 nəfərin ixtisarını planlaşdırır. Proses növbəti iki il ərzində həyata keçiriləcək. Bəzi dərmanların istehsalı da dayandırılacaq.

Məsələ ilə bağlı açıqlama verən "Novartis" sözçüsü bildirib ki, ABŞ-da rəqabət mühitinə davam gətirməyən bəzi məhsulların istehsalı dayandırılacağı üçün bu qərar qəbul edilib. Bu dərmanlar siyahısında kardioloji, mərkəzi sinir sistemi, endokrinoloji, tənəffüs yolları üçün nəzərdə tutulan dərmanlar və ağrıkəsicilər var.

Gülşən

Qaynarinfo.Az