Ölkə 10:05 06.03.2020

Tətil Novruza qədər uzadıla bilərmi? (TƏKLİF)

"Məktəblərdə və Universitetlərdə dərslərin təxirə salınması Novruz tətilinə qədər uzadılsın”.

Qaynarinfo xəbər verir ki, bu təklifi iqtisadçı ekspert Qubad İbadoğlu səsləndirib. O, bununla bağlı Təhsil Nazirliyi və Nazirlər Kabinetinə müraciət edib:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına görə, İrandan gələn daha 3 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, Azərbaycanda koronavirus xəstələrinin ümumi sayı 6 nəfərə çatıb. Eyni zamanda əsasən İrandan gələn 500-dək koronavirus şübhəsi olan Azərbaycan vətəndaşları hazırda karantindədir. Koronavirus daşıyıcılarının və onda şübhəli bilinənlərin sayında son bir neçə gündə 2 dəfədən çox artımın müşahidə olunduğu şəraitdə uşaqlara və gənclərə yönələn risklər aradan qaldırılmamış martın 10-dan məktəblərdə və universitetlərdə tədrisi yenidən bərpa etmək təhlükəlidir. Təklif edirəm ki, Təhsil Nazirliyinə müraciət edək və Nazirlər Kabineti qarşısında məsələ qaldıraq ki, dərslərin təxirə salınmasını Novruz tətilinə qədər uzatsın”.

Qubad ibadoğlu qeyd edib ki, UNESCO-nun məlumatına görə 20-dən çox ölkədə 291 milyon məktəblinin dərslərinə koronavirus karantini səbəbindən bu ay ərzində fasilə verilib.

Bahar Rüstəmli