Ekonomiks 13:46 10.09.2020

“Deutsche Bank” qlobal "nizamsızlıq dövrü"nün başlandığını elan etdi

"Deutsche Bank”ın apardığı bir araşdırmaya görə, 1980-ci ildən bəri davam edən qloballaşma dövrü "nizamsızlıq dövrü" ilə əvəz olunur.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, hesabatın müəllifi Cim Reyd yeni dövrün xarakterik bir xüsusiyyətinin Çin iqtisadiyyatının ABŞ-dan üstünlüyünün olacağını qeyd edib. Mütəxəssislərin fikrincə, bu ölkələr arasındakı iqtisadi qarşıdurma soyuq müharibə dövründə ABŞ və SSRİ arasındakı münasibətləri xatırladır.

Hesabatda qlobal borcların daha da böyüməsi, mərkəzi banklardan alınan "vertolyot pulu" siyasəti və 21-ci əsrdə gənclərin seçki çəkisi baxımından böyüklər kimi təsirinin artacağı proqnozlaşdırılır. Ayrıca, "nizamsızlıq dövrü" artan inflyasiya, iqlim problemləri, nəsillər arasında artan rəqabət və yeni bir texnoloji inqilab ilə əlamətdar olacaq.

Eyni zamanda mütəxəssislər yeni reallıqların mövcud qlobal qiymətləndirmələrə təsir göstərə biləcəyini qeyd edirlər.

Alpər