Foto 16:28 24.01.2018

Dəvələrin gözəllik yarışında qalmaqal: Ərəblər heyvanları botoks etdiribmiş

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda təşkil edilən dəvə gözəllik yarışında maraqlı hadisələr yaşanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 28 gün davam edən festivalda iştirak edən 12 dəvə yarışdan kənarlaşdırılıb. Səbəb kimi dəvələrin dodağının botoks etdirilməsidir.
 
57 milyon dollar mükafat qoyulan yarışda dəvə sahibləri qalib ola bilmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bu kimi halların qarşısını almaq üçün yarışa qaydalar tətbiq edilib. Belə ki, dodaqlarda tapılan dərman, qırxılmış, boyanmış tük dəvələrin yarışdan kənarlaşdırılması ilə nəticələnir.

Festivalda gözəllik yarışından əlavə dəvə yarışı, itaət tərbiyəsi, dəvə saç sənəti, ən yaxşı dəvə fotosu kimi kateqoriyalar mövcuddur.

Gülşən