İdman 09:49 22.10.2018

Devid Bekhemin evi qarətçilərin hücumuna məruz qaldı (FOTO)

Dünya şöhrətli sabiq ingilis futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin sahib olduğu "Cotswolds" köşkü soyğunçuların hücumuna məruz qalıb.

Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, "Oxfordshire" ərazisində yerləşən 6 milyon funt-sterlinqlik tikiliyə təşkil edilən hücum uğursuzluqla nəticələnib. Qarətçiləri görən qonşular onları qorxudub və qaçmalarına səbəb olub. Sifətləri bağlı olan soyğunçuların şəxsiyyətlərini müəyyənləşdirmək olmayıb.

Qeyd edək ki, Bekhem ailəsi həftənin əksər günlərini bu köşkdə keçirir. 


Gülşən