Deyvid Linçə fəxri

Deyvid Linçə fəxri "Oskar" mükafatı veriləcək

Amerikalı rejissor Deyvid Linçə fəxri Oskar mükafatı təqdim ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Film Sənəti Akademiyasının rəsmi saytında məlumat dərc edilib. Mükafat 27 oktyabrda Los Ancelesdə baş tutacaq mərasimdə təqdim ediləcək. 

Qeyd edək ki, Deyvid Linç daha əvvəl 4 dəfə "Oskar"a sahib çıxıb. O, "The Elephant Man", "Blue Velvet" "Mulholland Drive" ekran əsərlərinə görə "Ən yaxşı rejissor", "The Elephant Man"ə görə "Ən yaxşı ssenari" nominasiyası üzrə qalib olub.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR