Foto 18:11 16.05.2019

Dilarə və İslamdan qeyri adi bacarıq (VİDEO)

Mayın 31-i, saat 19:00-da "Heydər Əliyev Sarayı" və ARB TV-nin birgə təşkilatçılığı ilə möhtəşəm konsert proqramı keçiriləcək.

Qaynarinfo xəbər verir ki, əməkdar artist Dilarə Əliyevanın aparıcılığı ilə əsl şou, yumor dolu, əyləncəli və tanınmış müğənnilərin iştirakı ilə musiqili "Söhbət var” adlı konsert proqramı baş tutacaq.

Konsert proqramına hazırlıq prosesi davam etməkdədir. Hazırlıq prosesi zamanı əməkdar artist Dilarə Əliyeva və məhşur aktyor İslam Mehrəliyev xüsusi bacarıqlarını nümayiş etdiriblər.

Belə ki, onlar qısa zamanda çox sürətli şəkildə yanıltmac səsləndiriblər.

Həmin görüntüləri təqdim edirik:

 
Qeyd edək ki, 31 may saat 19:00-da baş tutacaq "Söhbət Var" adlı konsertə biletlər artıq satışdadır. Biletlərin qiyməti 10 manat və 60 manat arası dəyişir. Şəhərin bütün kassalarından əldə etmək mümkündür.