Maqazin 10:24 08.06.2018

Dilarənin “Audi”sini soydular: 2 min manat getdi

Müğənni Dilarə Kazımovanın maşınına hücum edilib.

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, o, "Audi” markalı avtomobilini Teymur Elçin küçəsində yaşadığı binanın qarşısında saxlayıb.

Gecə saatlarında naməlum şəxs D.Kazımovanın 90 OH 527 nömrəli maşınının şüşəsini sındıraraq "bardaçok”dan 2 min manat oğurlayıb.

D.Kazımova hadisə ilə bağlı bu gün səhər saatlarında polisə məlumat verib. Hazırda araşdırma aparılır.