Ölkə 11:36 04.07.2015

Dilqəm Əsgərov ermənilərdən əfv istəmədi

Ötən ilin iyulunda Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “məhkəməsinin” qərarı ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov bağışlanması üçün erməni separatçılara müraciət etməyib.

Azvision.az “news.am`-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı girovun “vəkili`i Erik Beqlaryan jurnalistlərə açıqlamasında verib.

Beqlaryanın sözlərinə görə, Əsgərov bağışlanması üçünü qondarma “respublikanın” “prezidenti” Bako Saakayana müraciət etməkdən imtina edib.

Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Qaynar.info