Ölkə 10:55 25.12.2017

DİN-də yeni təyinat: rəis təqaüdə göndərildi

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Bəlyar Bəşirli vəzifəsindən azad olunub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Xızı RPŞ-nın DYP bölməsinin rəisi, polis mayoru Tahir Əliyev təyin edilib.

Əvvəlki rəis B.Bəşirli təqaüdə göndərilib.