Ötən gün LGBT rəhbəri və cinsi azlıqların hüquqlarını müdafiə edən İsa Şahmarlıının özünü intihar etməsi ölkədə cinsi azlıqlara qarşı təzyiqlərin olması ilə bağlı cəmiyyətdə bir sıra mübahisələr yaradıb. Çoxları gənc fəalın onun cinsi azlıq nümayəndəsi olmasına görə edilən təzyiqlər üzündən intihara əl atdığını düşünür.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələyə aydınlıq gətirib. O, Modern.az-a bildirib ki, hüquq mühafizə orqanları dinindən, irqindən, millətindən, dilindən, mənşəyindən, vəzifəsindən asılı olmadan hər kəsin hüququnu, müstəqilliyini və maraqlarını qoruyur. Onun sözlərinə görə, hüquq mühafizə orqanları nəinki Azərbaycan vətəndaşlarının konistutision hüquqlarını, həmçinin, xarici vətəndaşların da hüquqlarını qoruyur.
“Buna görə də Azərbaycanda vətəndaşların hüquqlarının haqsız yerə pozulmasından danışmaq əsassızdır. Bizim üçün əsas vətəndaşların təhlükəsizliyinin keşiyində durmaqdır”-deyə Ehsan Zahidov bildirib.
Qeyd edək ki, yanvarın 22-də Bakıda İslam Səfərli küçəsi 59 ünvanında gənc fəal İsa Şahmarlı özünü işlədiyi ofisdə asaraq dünyasını dəyişib. 20 yaşlı İsa Şahmarlı intihara əl atmazdan öncə Facebook səhifəsində belə bir qeyd yazıb: “Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil. Mən xoşbəxt olmağa gedirəm. İslam Səfərli küçəsi 59. Qapını açıq qoyuram. Anama da deyərsiz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Əlvida”.
İ.Şahmarlı LGBT adlı təşkilatın rəhbəri idi və cinsi azlıqların hüquqlarını müdafiə edirdi.
Qaynar.info
Şərhlər