Ölkə 12:44 28.10.2020

DİN-dən terror təhlükəsi ilə bağlı əhaliyə müraciət

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya daxil olan müraciətdə deyilir:

"Ermənistan terrorçu dövlətdir. Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq".