Ölkə 18:03 03.11.2017

DİN-ə əlavə səlahiyyət verildi

Daxili İşlər Nazirliyinə avtomobil yollarında parklanma yerlərinin təşkilində əlavə səlahiyyətlər verilib.

"Qaynarinfo" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2001-ci il 30 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə əlavə edilən yarımbəndə əsasən, dövlət avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış təkliflər verir, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkil edilməsində iştirak edir.

Qaynarinfo.Az