ABŞ-ın təhlükəsizlik qüvvələri Rusiyanın San-Fransiskodakı konsulluğuna daxil olub.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Binanın giriş qapılarının qırıldığı və konsulluq binasında axtarış aparıldığı bildirilib:
"Xəbərdarlıqlarımıza baxmayaraq ABŞ administrasiyası düşüncəli şəkildə hərəkət etməyərək, qanunsuz davranışlarından əl çəkmədi. San-Fransiskodakı bütün konsulluq binalarımız işğal altındadır. ABŞ agentləini oraya heç kim çağırmamışdı. Onlar işğalçıdır. Bu hadisədən sonra ABŞ Rusiyadakı nümayəndəliklərinə bənzər tədbirlərin olma ehtimalını qəbul etmək məcburiyyətindədir"- deyə Rusiya XİN-i bəyanatında bildirir.
Şərhlər