Dünya 18:28 03.12.2019

Dmitri Pevtsov: "Pozner Rusiyanın düşmənidir"

Rusiyanın tanınmış aktyoru Dmitri Pevtsov jurnalist Vladimir Pozneri xalq düşməni adlandırıb.

Qaynarinfo mk.ru-ya istinadən xəbər verir ki, Pozner "Böyük oyun" proqramında abortla bağlı müzakirə əsnasında bəzi adamların bunun orta əsrlərdəki kimi cinayət hesab olunmasını istədiyini deyib. O, bildirib ki, belə düşünənlər liberallar deyil, cahillərdir.

Aktyor Pevtsov isə onun bu çıxışını şərh edərək, Poznerin tərəqqiyə, elmə, təhsilə qarşı biri olduğunu və insanları cahilliyə səslədiyini bildirib.

"O, ruhən rus deyil, Rusiyanın düşmənidir. Və ölkənin məhv olmasını istəyir", - deyə Pevsov əlavə edib.

Qeyd edək ki, jurnalist Vladimir Pozner ölkəmizdə ermənipərəst mövqeyi ilə tanınır. O, bir müddət öncə ABŞ-da çıxışı zamanı Dağlıq Qarabağın Ermənistanın ərazisi olduğunu ifadə etmişdi.
 
Camal