Ekonomiks 12:27 22.03.2018

"Doğan Media" məşhur qəzet və TV-ləri 1,1 milyarda satır

Türkiyənin "Doğan Media Qrup"u tərkibində olan bəzi şirkətləri "Demirören Qrupu"na satmağa hazırlaşır.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, tərkibindəki "Hürriyet", "Posta", "Fanatik", DHA, "Kanal D", "CNN Türk", "D-Smart", "Yaysat" kimi şirkətləri satmağı planlaşdıran "Doğan Media" "Demirören" şirkəti ilə görüşlərə start verib. 

Satışın qiyməti 1 milyard 100 milyon dollar müəyyənləşdirilib. 

Gülşən