Sağlamlıq 17:41 08.10.2020

Doktor Myasnikov COVID-19-un iki növü haqda məlumat verdi

İnsanlıq iki növ koronavirusla üz-üzədir.


Qaynarinfoxəbər verir ki, bu barədə tanınmış teleaparıcı və Moskva xəstəxanalarından birinin baş həkimi Aleksandr Myasnikov açıqlamasında bildirib.


"Problemin mahiyyətini anlamaq üçün iki xəstəliklə qarşılaşdığımızı söyləmək daha düzgündür", - həkim Telegram kanalında yazıb.


Onun sözlərinə görə, ilk və ən geniş yayılmış tip COVID-1-dir. Myasnikov bununla xəstələnən insanların kəskin tənəffüs yoluxucu infeksiyalara bənzər simptomları olduğunu deyib. "Hələ kovidəqədərki” dövrdə bütün kəskin tənəffüs yoluxucu infeksiyaların yüzdə 30-nun koronaviruslardan qaynaqlanıb (və hələ də səbəb olur)", - deyə Myasnikov xatırladıb.


Myasnikova görə, ikinci koronavirus növü COVID-2 və ya viral sətəlcəmdir. Həkimin dediyi kimi, bu tip daha az yaygındır. Bu vəziyyətdə proqnoz ağciyərlərin sətəlcəm tərəfindən zədələnmə dərəcəsindən və bədənin müqavimətə funksional ehtiyatlarından asılıdır.

 

Alpər