Ekonomiks 12:22 19.08.2015

Dollar yenidən qalxdı, avro düşdü (MƏZƏNNƏ)

Azərbaycanda ABŞ dolları ötən günlə müqayisədə qalxıb, avro isə düşüb. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi məzənnəsi 0.02 faiz artaraq 1.049 manat olub.

Avropa İttifaqının valyutası avro isə 0.0033 manat düşərək 1.1586 manat olub. Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Rusiya, Türkiyə və Gürcüstanda nəzərə çarpacaq dərəcədə yuxarıdır. Belə ki, bu günə olan məzənnəyə nisbətdə türk lirəsi 0.362, gürcü larisi 0.4501, rus rublu isə 0.016 manat dəyərindədir.


Qaynar.info