Xəbər lenti

Dollar yenidən ucuzlaşacaq (PROQNOZ)
Ekonomiks 17:36 01.09.2017

Dollar yenidən ucuzlaşacaq (PROQNOZ)

Bu gün ABŞ-da Federal Ehtiyat Sisteminin (FED) 19-20 sentyabr tarixlərində keçirəcəyi növbəti iclasına qədər olan son məşğulluq və əmək haqları göstəricisi açıqlanıb.

"Qaynarinfo" “Report”a istinadən xəbər verir ki, göstəricilər kifayət qədər zəif olub və FED-in 2017-ci ilin sonuna qədər uçot dərəcəsini daha bir dəfə artırmaq ehtimalı puça çıxıb.

Belə ki, kənd təsərrüfatı sektoru istisna olmaqla avqust ayı üzrə məşğulluq göstəricisinin 180 min nəfər artacağı gözlənildiyi halda, faktiki artım 156 min nəfər olub. Bu göstəricinin 200 min və daha çox olması FED-in bu il faizləri artırmasına gətirib çıxara bilərdi.

Bununla yanaşı, avqust ayında saathesabı əmək haqqının 0,2% artması gözlənildiyi halda, faktiki artım 0,1% olub. Həmçinin, avqustda işsizlik göstəricisi iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi artaraq 4,4%-ə çatıb.

Nəticədə, qlobal bazarda ABŞ dolları kəskin ucuzlaşmağa başlayıb və əsas valyuta cütlüyünün cari məzənnəsi 1,19 USD/EUR səviyyəsindən 1,1970 USD/EUR-a qədər yüksəlib. Ekspertlər dolların ucuzlaşması prosesinin davam edəcəyini düşünürlər.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->