Dollarla bağlı nikbin proqnoz

Dollarla bağlı nikbin proqnoz

ABŞ-ın PIMCO investisiya şirkətinin iqtisadi məsələlər üzrə beynəlxalq eksperti Yoahim Fels  bu ilin sonunadək Federal Ehtiyat Sisteminin (Federal Reserve System) uçot dərəcəsini artırmayacağını bəyan edib. 

Oxu.az Bloomberg-ə istinadən xəbər verir ki,  Fels ABŞ-da inflyasiyanın hədəflənən 2% səviyyəsinə çatmayacağını bildirib.

Onun sözlərinə görə, ABŞ-da inflyasiya ilin əvvəlindən hədəflənən səviyyədən aşağı olub. İlin sonunadək inflyasiya 2%-dən aşağı olacaq: “Bu da  2017-ci ildə 3 dəfə uçot dərəcəsini artırmaq istəyən FES-i fikrindən daşındıracaq”. 

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR