Dünya 17:35 11.01.2019

“Donuz qripi” Ermənistanda: ölən var

Ermənisatanda "donuz qripi”ndən bir nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənisatanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Milli Mərkəzinin direktoru Artavazd Vanyan məlumat verib.

Onun sözlərinə görə, "donuz qripi”ndən ölən şəxs qadın olub. Həmin qadında müxtəlif xroniki xəstəliklər aşkarlanıb və bu səbəbdən immun sistemi zəifləyərək, xəstəliyə müqavimət göstərə bilməyib. 

Ümumilikdə 693 nəfərin stasionar müalicə aldığını bildirən Artavazd Vanyan "Arabkir” tibb mərkəzində azyaşlı uşağın "donuz qripin”dən ölməsi xəbəri təkzib edib.