Texnologiya 11:05 08.06.2020

Dostlarını bu tətbiqi yükləməyə dəvət edənlər 20 dollar qazanır

Çinin "Zynn" qısa video paylaşım sosial şəbəkəsə may ayında bazara çıxarılmasına baxmayaraq, ABŞ-dakı Apple Store-un ən populyar tətbiqi olub.

Qaynarinfo xəbər verir ki, istifadəçilər başqa dostlarını bu tətbiqi yükləməyə dəvət etdiklərində, 20 dollara qədər pul mükafatı qazanırlar. Bu kampaniyası ilə "Tiktok"un bazarda ən böyük rəqibinə çevrilən Zynn çinin ikinci ən böyük video aplikasiya şirkəti olan "Kuaishou" şirkəti tərəfindən hazırlanıb.

Mütəxəssislər tətbiqin bu qədər populyarlaşmasında koronavirus pandemiyası səbəbindən insanların evlərində olmalarının da böyük təsiri olduğunu düşünürlər.

Gündəlik orta hesabla 300 milyon istifadəçinin daxil olduğu "Zyann"ın ABŞ-da "Tiktok"un qadağan ediləcəyi təqdirdə daha da populyarlaşacağı gözlənilir.

Qeyd edək ki, hazırda "Tiktok"dan istifadə ABŞ-da milli təhlükəsizlik və kəşfiyyat idarələrində çalışanlar və bəzi ordu əməkdaşları üçün qadağandır. Respublikaçı senator Con Havli "Tiktok"un əldə etdiyi məlumatları Çin hökuməti ilə bölüşdüyünü iddia edərək, tətbiqin bütün ölkə miqyasında qadağan edilməsi üçün qanun layihəsi hazırlamışdı. "Tiktok" Hindistanda da tamamilə qadağan edilib. Hazırda ABŞ-da gündəlik bu tətbiqdən istifadə edənlərin sayı 26,5 milyondur. Bunların da 60 faizi 16-24 yaş arası yeniyetmə və gənclərdir.

Camal