Video 10:56 02.07.2018

Doğuş Xoşqədəmin videosunu paylaşıb tənqid etdi: "Ayıb olsun"

Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşun telefonunu araşdırarkən yaxalanıb.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, cütlük istirahət edərkən Doğuş həyat yoldaşının onun telefonunu qurdalayarkən görüb və bunu telefonu ilə videoya çəkib.  

Müğənni həyat yoldaşının bu hərəkətini pisləyib: "Xeyir olsun, telefonumu niyə incələyirsən? Ayıb olsun, olmaz"! 

Maraqlı məqam budur ki, sözügedən görüntüləri Xoşqədəm Hidayətqızı özü paylaşıb və belə yazıb: "Həyat yoldaşının telefonunu incələyənlər mənim kimi yaxalanır".