Maqazin 23:36 15.10.2017

Doğuşdan 4 saat əvvəl hamilə olduğunu öyrəndi (FOTOLAR)

"İnstagram"ın "Selfi kraliçası" adlandırılan Konni Vitton doğumdan 4 saat öncə hamilə olduğunu öyrənib. "Qaynarinfo" xəbər verir ki, bu barədə o, özü açıqlama verib.

Konni bir müddət əvvəl kökəlməyə başlayıb və saxladığı pəhrizlər nəticəsində 4 kq arıqlayıb. Lakin kökəlmə sonrakı günlərdə də davam edib. Daha sonra kürəyində şiddətli ağrılar hiss edib. Bu səbəbdən həkimə gedib və hamilə olduğunu öyrənib.

"Saat 9-da hamilə olduğumu öyrəndim və saat 1.05-də uşağım qollarım arasında idi. Bu 4 saat mənim üçün 9 ay oldu deyə bilərəm. Hamilə olmağımla bağlı ən kiçik bir şübhəm yox idi. Heç bir simptom yox idi, ürək bulanması, baş fırlanması..."

Aydın

Qaynarinfo.Az