Dörd azərbaycanlı gəncin maraqlı ixtirası

Dörd azərbaycanlı gəncin maraqlı ixtirası

Azərbaycan Texniki Universitetinin tələbələri qeyri-adi eynəklər hazırlayıb.

“Qafqazinfo” ya daxil olan məlumata görə, universitetin IV kurs tələbələri olan Şahin Xəlilov, Taleh Qurbanov, Alim Babazadə və İdrak Əsədbəyli ADA universitetində keçirilən «Seedstars World» adlı yarışda iştirak ediblər. Onların hazırladığı qeyri-adi eynəklər hər kəsin böyük marağına səbəb olub və tələbələr yarışmada qalib olublar. 

Belə ki, gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir. 

Qeyri-adi ixtiraları ilə qalib gələn komanda üzvləri hazırda bu layihənin həyata keçirilməsi üçün şirkətlər və iş adamları ilə görüşürlər.

Qaynar.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR