İdman 12:58 04.04.2014

Dördüncü gündə 2 medal uğrunda

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Fanat.az xəbər verir ki, çempionatın dördüncü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparır. Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edəcək. İlk görüşlər Bakı vaxtı ilə saat 12.00-da başlayacaq.

70 kq
1/8 final: Ruslan Dibirhacıyev - Anton Afanasyev (Belarus)

86 kq
1/16 final: Peter Yanulov (Moldova) - Həmzət Osmanov

Qeyd edək ki, yarışın ilk üç günündə Azərbaycan 2 qızıl, 3 gümüş medal qazanıb. Sərbəst güləşçimiz Hacı Əliyevlə (61 kq) qadın güləşçisi Mariya Stadnik (48 kq) yarışın qalibi olub. Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) sərbəst, İrina Netreba (58 kq) isə qadın güləşçilərin yarışında gümüş medala sahib çıxıb.

Qaynar.info