Foto 15:37 23.01.2018

"Dresscode" bakılı qadın dəb həvəskarlarının problemlərini həll edəcək (FOTOLAR)

Bakıda xanımlar üçün ziyafət geyimlərinin kirayə verilməsi ilə məşğul olan unikal butik açılıb. "Dresscode" mağazası həyatın hər bir anı - toy, şənlik, kokteyl-parti üçün sevimli ölçünüzdə paltarların kirayəsi xidmətini təqdim edir.

Qaynarinfo report-a istinadən xəbər verir ki, "Dresscode" mağazasının əsas məqsədi müasir dəb həvəskarı olan qadınların istənilən tədbirə yeni paltar axtarışı problemini həll etməkdir.

Bu məsələ demək olar, hamının tədbirlərdən olan şəkillərini şəxsi səhifələrinə qoyduğu sosial şəbəkələrdən geniş istifadə dövründə xüsusilə aktual olur və heç kim bir paltarı iki dəfədən çox geyinmir. Sonra bu paltar dolabda toz içində qalır. "Dresscode" isə müştərilərə hər dəfə böyük məbləğ sərf etmədən yeni paltarda bəzənməyə kömək edir.

Bu və ya digər modelin qiyməti brenddən, paltarın materialından, onun üzərində xırda təmir işlərinin mürəkkəbliyindən, eləcə də kimyəvi təmizləmə xərclərindən asılı olaraq formalaşır. Paltara xidmət haqqı artıq onun kirayə qiymətinə daxil edilib. İlk vaxtlarda mağazada təxminən 50 paltar var idi. İndi isə onlar 100-dən çoxdur və hər həftə və ya iki həftədən bir yeni modellər gəlir. Paltarların hamısı klassikdir, mağazada epataj heç nə olmur. Onlar məhdud sayda kirayəyə verilir: hər birinin "yaşamaq vaxtı" var və bu vaxt başa çatanda paltarlar yenilənəcək.
Butikin məhsul çeşidlərini dünyaca məşhur brendlərin istehsalı olan modellər təşkil edir. Paltarlar Amerikadan alınır və onlar sərfəli qiymətlərlə müştərilərə kirayəyə təklif edilir. Qiymətlər standartdır. Demək olar, bütün kokteyl paltarların kirayə qiyməti 35 manatdan 70 manatadək dəyişir, uzun donlar 80-150 manatadır. Lüks geyimlər istisna olmaqla, bu, maksimal məbləğdir. Paltarlar mağaza tərəfindən və ya vasitəçilər ilə Avropa və ABŞ-dan alınır. Məqsəd hər bir müştərinin ürəyincə paltar tapa bilməsi üçün çeşid müxtəlifliyini genişləndirməkdir. Eyni zamanda, gələcəkdə birbaşa butikdə stilist xidməti təqdim etmək planlaşdırılır.

Butikin qaydalarına əsasən, paltar müştərinin istifadəsinə 24 saatlıq müddətə verilir. Geyimlərin kirayəsi müştəri ilə bütün nüansların olduğu müqaviləyə əsaslanır, o cümlədən sənəddə paltarla bağlı yarana biləcək bəzi hallar zamanı tərəflərin öhdəlikləri əksini tapır.
Həmçinin mağazadan müxtəlif aksesuarları da kirayə götürmək olar.
Bundan əlavə, butik paltarların qəbulunu da həyata keçirir. Bunun üçün icbari şərt paltarların brend markadan olması və mağazanın tələblərinə cavab verməsidir. Bu halda təqdim etdiyi paltarın kirayə məbləğindən 40 faiz həmin müştərinin hesabına köçürülür.
"Dresscode" həmçinin tezliklə butikin bütün məhsul çeşidlərinin əks olunacağı və müştərinin ona lazım olan gündə bəyəndiyi paltarın rezerv edilib-edilmədiyini yoxlaya biləcəyi saytını təqdim edəcək.
Mağazanın çeşid müxtəlifliyi ilə Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 11 ünvanında saat 11:00-dan 19:00-dək tanış olmaq mümkündür. Butik haqqında əlavə məlumat əldə etmək üçün (050) 384 84 86 telefon nömrəsi ilə əlaqə qurmaq, eləcə də "Facebook"da @dresscode.az səhifəsini bəyənib izləmək olar.