Video 15:54 17.02.2021

Dron səsini eşitdiyi an Paşinyan siçan kimi sığınacağa qaçdı – Qabrelyanov (VİDEO)

"Paşinyan siçan kimi sığınıcağın küncünə qısılıb”.

"İzvesitiya” qəzetinin İdarə Heyətinin sədri Aram Qabrelyanov Ermənistanın Baş naziri Nikol Paşinyan barəsində sensasyon fakt açıqlayıb. 
Qayanarinfo xəbər verir ki, o, Paşinyanın şəxsi mühafizəsindəki mənbəsinə istinadən Baş nazirin müharibə dövründə düşdüyü biabırçı vəziyyətdən yazıb. 
Qabrelyanovun sözlərinə görə, 2020-ci ilin oktyabrında Nikol Paşinyan özünü Ali Baş Komandan kimi göstərmək üçün Sünik bölgəsində dövlət qurumlarının birinin inzibati binasında görüş təşkil edib. Həmin görüşdə pafosla danışmağa və Sünikin müdafiəsini necə təşkil edəcəyini açıqlamağa başlayıb. "Hər şey əvvəlki kimi olub – axmaq duyğular və öyünmək. Birdən dron səsi eşidilib. Paşinyanı vəhşət bürüyüb. O bağırıb: "Zirzəmi haradadır?”, - Aram Qabrelyanov Paşinyanın şəxsi mühafizəçisinə istinadən yazıb.

O daha sonra əlavə edib ki, Paşinyan hətta görüşdə iştirak edən qadınları belə, itələyərək özünü sığınacağa atıb: "Mühafizəçilər çətinliklə onunla ayaqlaşa bilib. Nikol siçan kimi sığınacağın küncünə qısılaraq təkrar-təkrar deyib: "Kömək edin”. Mühafizəçilər ona ikrah və utancla baxıb. 5 dəqiqədən sonra dronun səsi kəsilib. Amma Paşinyan mühafizəçilərə bağıraraq təcili hava məkanının yoxlanılmasını tələb edib. Yalnız yarım saatdan sonra ölümünə qorxmuş, qorxudan tir-tir əsən, qan-tər içində olan Paşinyanı ayağındakı çarıqla zirzəmidən çıxartmaq mümkün olub. Ona zirehli geyim geyindirərək bir təhər avtomobilə otuzdurub İrəvana yollayıblar”.

Seyid