İdman 13:48 26.09.2013

Droqba “Qalatasaray”ın məşqçisi oldu


"Qalatasaray"da Fatih Terimin komandadan getməsindən sonra "Çaykur Rizespor" matçında klubun başında olacaq şəxsin adı məlum olub.


Qol.Az-ın "Miliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, rəhbərlik "Cim-bom"un qarşıdakı iki matçına məşqçi olaraq Didye Droqbanı seçib.

Fildişi sahilli hücumçunun Türkiyə superliqasında "Çaykur Rizespor" və Çempionlar Liqasında "Yuventus"la matçlarda həm məşqçi, həm də futbolçu olaraq meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Terimin istefasından sonra onun köməkçiləri olan Həsən Şaş, Ümit Davala və Klaudio Taffarel də istefa verib. Bununla belə, Türkiyənin bəzi mətbu orqanları bildirir ki, qarşıdakı görüşlərə komandanı bu futbolçular da meydana çıxara bilər.

Qaynar.info