Ekonomiks 15:19 18.09.2018

DSMF məsləhət almaq üçün 500 min manat ödəyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Vahid Xidmət Mərkəzinin yaradılması ilə bağlı məsləhət xidmətlərinin satın alınmasına dair elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, tenderin qalibi "Arpa Consulting” MMC olub. Qalib şirkətə 499 952 manat ödəniləcək.