Foto 11:19 20.10.2020

DSX-yə BTR-70M hədiyyə edildi (FOTO)

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb:

Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edib. Döyüş maşınının ön hissəsində və sağ tərəfində "İLHAMLA İRƏLİ!”, sol tərəfində isə "XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.