Video 12:51 16.12.2018

DTX-dən uşaqlar üçün yeni il sürprizi (VİDEO)

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi uşaqlar üçün yeni tamaşa hazırlayıb.

Qaynarinfo xəbər verir ki, tamaşa "Tıq-tıq xanımın saxta babası” adlanır.

Tamaşa 25-26 dekabr, saat 15:00 və 18:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində baş tutacaq.

Biletləri şəhərin kassalarından və iTicket.az saytı vasitəsilə əldə etmək olar. Qiymətlər 10-30 manat arasında dəyişir.