Ölkə 14:12 04.11.2017

DTX əməliyyat keçirdi: xarici ölkəyə casusluq edən şəxs saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Miryusif Mirmahmud oğlu Soltanov saxlanılıb.

Bu barədə "Qaynarinfo"ya Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib. Miryusif Soltanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Qaynarinfo.Az