Dünya 13:42 29.11.2018

DTX və DİN əməliyyat keçirdi: silah-surat tapıldı

Daxili İşlər Nazirliyi (DİN) Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon Şöbəsinin əməkdaşları Goranboyda birgə əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Əməliyyat nəticəsində Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) "F-1” qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!