Ölkə 11:43 09.04.2019

Baş nazir “Gənclik Mall”da alış-veriş edib (FOTO)

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri Məhəmməd ibn Rəşid Əl-Məktum Bakıya qonaq gəlib.
 
Qaynarinfo-nun baku.ws-ə istinadən verdiyi məlumata görə, Dubay əmiri yaxınları ilə birlikdə "Gənclik Mall”da alış-veriş edib. 

Dünyanın ən zəngin insanlarından biri olan əl-Məktum ovçuluğu da sevir. Belə ki, o, bir müddət öncə ölkəmizə səfər edərək rayonlardan birində ov edib. 

Qeyd edək ki, onun sərvəti 2015-ci ildə 4 milyard dollar miqdarında dəyərləndirilib.